XƏBƏRLƏR / Siyasət

Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib FOTO

Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva iki gün ölkəmizdə qonaq olacaqlar YENİLƏNİR

Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:45

    Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

    Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    ***

    12:40

    Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub.

    Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

    ***

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. 

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

    Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.