XƏBƏRLƏR / Siyasət

TDT vahid xəritə və coğrafi adların kataloqu yaradacaq

TDT kartoqrafiya qurumları rəhbərlərinin Astanada 3-cü iclası keçirilib

TDT vahid xəritə və coğrafi adların kataloqu yaradacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türk Dövlətləri Təşkilatının (TDT) kartoqrafiya qurumları rəhbərlərinin Astanada keçirilən 3-cü iclasından sonra ortaq xəritə və vahid coğrafi adlar kataloqunun hazırlanması barədə razılıq əldə edilib. Qeyd olunur ki, işçi qrupu layihəni 2027-ci ildə Qırğızıstanda keçiriləcək növbəti iclasda təqdim edəcək.

    Bundan əlavə, iştirakçılar TDT Katibliyində birgə kartoqrafiya layihələrini əlaqələndirmək üçün xüsusi bölmənin yaradılmasını nəzərdən keçirməyi təklif ediblər. İclasdan sonra gələcək əməkdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılaşmaları rəsmiləşdirən bəyannamə imzalanıb.