XƏBƏRLƏR / Siyasət

İran Prezidenti Putinlə görüşmək üçün Rusiyaya yollanıb

Rəisi Moskvaya yüksək səviyyəli siyasi-iqtisadi heyətlə gedir və "Şimal-Cənub" dəhlizini müzakirə edəcək

İran Prezidenti Putinlə görüşmək üçün Rusiyaya yollanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə dekabrın 7-də, cümə axşamı Moskvaya yola düşəcək.
     
    İran Prezidentinin Moskvaya bir günlük səfəri zamanı ikitərəfli məsələlər, o cümlədən iqtisadi əlaqələr üzrə məsləhətləşmələr, həmçinin regional və beynəlxalq məsələlər, xüsusilə Fələstin məsələsi və Qəzza zolağında baş verən hadisələrlə bağlı dialoqlar əsas gündəm olacaq.
     
    İRNA-nın məlumatına görə, Rəisi Moskvaya yüksək səviyyəli siyasi və iqtisadi heyətlə yollanır.