C.D.Vens: Azərbaycan ABŞ-a kömək edir
ABŞ-ın vitse-prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin də adını çəkib
C.D. Vens bəyan edib ki, Azərbaycan, Türkiyə və Fars körfəzi dövlətləri ABŞ-a İranı "ticarət gəmilərini vurduğuna" görə "cəzalandırmaqda" kömək edirlər.
"Türkiyə, Azərbaycan, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və ümumilikdə dünyadakı vəziyyətə nəzər salsaq görərik ki, bir çox ölkələr İranın ticarət gəmilərinə hücumlarına görə məsuliyyət daşımasını təmin etmək üçün pərdəarxası bir çox faydalı addımlar atır" - Vens vurğulayıb.
ABŞ vitse-prezidenti bildirib ki, "Bir çox ölkə bunu açıq şəkildə demir, lakin iranlıların ticarət gəmilərini vurduğuna görə cəzalandırılmasını təmin etmək üçün gizli şəkildə addımlar atır".
1 dəqiqədən az