Putin və Paşinyan Aİİ sammiti kuluarlarında görüşə bilər
Bunu jurnalistlərə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərin "Vladimir Putin Sankt-Peterburqda Nikol Paşinyanı təkbətək qəbul edəcək?" sualına qeyri-müəyyən cavab verib: "Putin və Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti kuluarlarında ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər".
Qeyd edək ki, 25-26 dekabrda Sankt-Peterburqda Aİİ Ali Şurası və MDB qeyri-formal sammiti keçiriləcək.