Türkmənistan Prezidenti Qırğızıstana gəlib
Qonağı İssık-Kul Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Orta Asiya dövlət başçıları və Azərbaycan Prezidentinin qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirak etmək üçün Qırğızıstana səfər edib. Görüş İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək.
Qonağı İssık-Kul Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyev qarşılayıb.

Görüş zamanı Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin regional əməkdaşlıq, tərəfdaşlığın gücləndirilməsi, eləcə də cari beynəlxalq və regional məsələləri müzakirə etmələri gözlənilir.
1 dəqiqədən az