Rusiya münaqışəni Qərbdən yaxşı nizamlaya bilər
Bunu Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması haqda Rusiya XİN müavini Sergey Ryabkov deyib
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına nail olacağına əmindir”.
“Biz tam əminik ki, Ermənistan və Azərbaycanda ağıllı siyasətçilər Rusiyanın bütün mərhələlərdə irəli sürdüyü mövqeyə o qədər həssas və məsuliyyətli yanaşırlar. Düşünürəm ki, səylərimiz istənilən nəticəni verəcək və nizamlanma əldə olunacaq.
Rusiya tərəfi Qərbdən fərqli olaraq, Ermənistanla Azərbaycan arasındakı münaqişədə yalnız “sabit nizamlanma formulu” axtarır və hər iki tərəf üçün başa düşülən gündəm üzərində işləyir.
Biz istəməzdik ki, kimsə bizim təkliflərimizdə kollektiv Qərb adlanan yerlə geosiyasi rəqabət elementini görsün.
Biz tərəflərə maraqların üst-üstə düşdüyü və nəticənin məcburi xarakter daşıyan razılaşma şəklində denonsasiya oluna biləcəyi məqamı tapmaqda kömək etməyə hazırıq”.