Hakan Fidan PKK-nın özünü ləğv etməsinə münasibət bildirib
Onun sözlərinə görə, hələ atılacaq çox addım var

Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü ləğv etməsinə münasibət bildirib.
Türkiyə XİN rəhbəri Ankarada iordaniyalı və suriyalı həmkarları ilə birgə mətbuat konfransında bunu tarixi və əhəmiyyətli bir addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, hələ atılacaq çox addım var.
Hakan Fidan qeyd edib ki, bu gün Türkiyə hökumətinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan fikirlərini xalqla bölüşəcək.
Qeyd edək ki, PKK bu gün özünü ləğvetmə qərarını açıqlayıb.