PKK özünü buraxdığını elan edib YENİLƏNİB
Ləğv olunan təşkilat Türkiyə parlamenti və vətəndaş cəmiyyəti təşkilatlarına müraciət edib

13:00
PKK ləğv olunduğunu elan etdikdən sonra Türkiyə parlamentini və vətəndaş cəmiyyəti təşkilatlarını “sülh və demokratiyaya keçidi” dəstəkləməyə çağırıb.
Bu barədə qurumun mayın 5-7-də keçirilən 12-ci qurultayının yekunlarına dair bəyanatında deyilir. Sənəddə deyilir: “Biz Türkiyədəki sol, sosialist və inqilabçı qüvvələri də həmrəyliklərini gücləndirməyə və bu prosesi dəstəkləməyə çağırırıq”.
Adı çəkilən konqres 3 iyul 2018-ci ildə PKK-nın qurucularından biri, “Fuat” adı ilə tanınan Fuat-Ali Haydar Kaytanın vəfatını da açıqlayıb. O, təşkilatın qurucusu Öcalandan sonra ikinci ən önəmli fiqur sayılırdı. 2021-ci ildə Türkiyə tərəfi Şimali İraqda Kaytanın məhv edildiyini bildirdi. PKK-nın onun ölümünü uzun müddət gizlətdiyi qeyd edilib.
Eyni zamanda, Türkiyənin hakim AKP partiyasının sözçüsü Çelik bildirib ki, PKK-nın bu qərarı “terrorsuz Türkiyə” məqsədinə çatmaq üçün mühüm addımdır.
***
10:15
1984-cü ildə terror fəaliyyətinə başlayan terror təşkilatı faəliyyətini dayandırıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
PKK silahlarını yerə qoyduğunu açıqlayıb. Məlumatı təşkilata yaxın olan "Rudaw" saytı da təstiqləyib.
Xatırladaq ki, Kürd hərbi-siyasi təşkilatı PKK 5-7 may tarixlərində XII qurultayını keçirib. Qurultayın paralel olaraq iki fərqli bölgədə (İraqın şimalında) keçirildiyi və orada mühüm qərarların qəbul edildiyi və bu qərarların tezliklə ictimaiyyətə açıqlanacağı qeyd edilir. Təşkilatın lideri Öcalan konqresə onlayn olaraq telefonla qatılıb.