XƏBƏRLƏR / Kriminal

Sabirabadda qardaş bacısını öldürüb

Ülviyyə Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb

Sabirabadda qardaş bacısını öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb.

    Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

    Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

    Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.