Niderlandda bir nəfər Belarus səfirliyinin binasına ziyan vurub. Xarici KİV xəbər verir ki, həmin şəxs binanı rəngləyib, pəncərələri isə sındırıb.
Hadisə ötən gecə Haaqa şəhərində baş verib.
Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə ziyan vuran şəxsi saxlayıb.
Qeyd edək ki, polis ərazini mühasirəyə alıb və araşdırma aparır.