XƏBƏRLƏR / Siyasət

R.T.Ərdoğan Şahbaz Şərifi qəbul edib

YENİLƏNİB

R.T.Ərdoğan Şahbaz Şərifi qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:59

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şərifi İstanbuldakı Dolmabahçe İş Ofisində qəbul edib.

    Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran və Prezidentin Təhlükəsizlik və Xarici Siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.
     
    ***

    09:48

    Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.

    Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

    Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.

    Tərəflər, əsasən ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

    Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunun keçirilməsi də nəzərdə tutulub.