XƏBƏRLƏR / Siyasət

Tramp-Putin danışıqları VİDEO / YENİLƏNİR / BİRBAŞA

Görüş Alyaskanın Ankoriç şəhərində keçirilib

Tramp-Putin danışıqları VİDEO / YENİLƏNİR / BİRBAŞA
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 02:45

    ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş başa çatıb.

    Görüş üç saata yaxın çəkib.

    Tərəflərin mətbuata bəyanatla çıxış etməsi gözlənilir.

    BİRBAŞA

    ***

    15 avqust 2025-ci il

    23:40

    ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

    Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov da iştirak edəcək. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulacaq.

    Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qatılacaq.

    ***
    23:30

    ABŞ və Rusiya prezidentləri görüşüb.

    ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Valdimir Putini qırmızı xalça üzərində qarşılayıb.

    VİDEO