Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
R.T.Ərdoğan Orbanı Ankarada Prezident iqamətgahında qəbul edib.
Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto da iştirak ediblər.