XƏBƏRLƏR / Siyasət

Türkiyəyə tətbiq edilən CAATSA sanksiyaları ləğv edilir

ABŞ lideri Tramp bunu bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə deyib

Türkiyəyə tətbiq edilən CAATSA sanksiyaları ləğv edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - ANS Press) sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

    Tramp bunu bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə deyib.

    O deyib ki, NATO Baş katibi, ABŞ dövlət katibi ilə də bunu müzakirə ediblər, Türkiyəyə qarşı bu sanksiyaların ləğvinin vaxtı çatıb: "Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bu, çox sadədir. Biz dostlarımızın embarqo və sanksiyalarla üzləşməsini istəmirik".