Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Bakıdadır
Leo Dokerti DSX Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə bildirib.
Nazir Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb.
Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələri müzakirə edilib.