XƏBƏRLƏR / Siyasət

Makronun yeni baş nazirini də etimadsızlıq votumu gözləyir

Prezident Makron 73 yaşlı mərkəzçi Fransua Bayrunu Fransanın yeni baş naziri təyin edib

Makronun yeni baş nazirini də etimadsızlıq votumu gözləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 73 yaşlı mərkəzçi Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib.

    Bayru təhsil naziri vəzifəsində çalışıb və 2002, 2007 və 2012-ci illərdə keçirilən seçkilərdə prezidentliyə namizəd olub.

    "Yenilməz Fransa" fraksiyasından olan solçular Baş nazir Bayrunun rəhbərlik etdiyi yeni hökumətə etimadsızlıq votumu çıxaracağını açıqlayıblar.

    Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki kabinet Fransada 1962-ci ildən bəri ilk olan etimadsızlıq səsverməsi səbəbindən məhz onu tərk etmək məcburiyyətində qalıb.