Şarl Mişel üçtərəfli görüşün nəticələri barədə danışdı
Avropa İttifaqı Şurasının rəhbəri mətbuata açıqlama verib
Danışıqlar substantiv olub - Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Əliyev və Paşinyanla görüşündən sonra mətbuata açıqlama verib.
Onun sözlərinə görə, tərəflər gündəlikdəki bütün məsələləri, suverenlik və ərazi bütövlüyünü müzakirə ediblər.
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.
O qeyd edib ki, görüş zamanı iki ölkə liderləri 1991-ci il Almatı Bəyannaməsinə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini bir daha təsdiqləyiblər.
Mişel Bərdə-Ağdam marşrutu ilə yanaşı, Laçın yolu məsələsini də qaldırıb. Hər iki variant Qarabağ ermənilərinin işinə yaramalıdır.
Şarl Mişel iki ölkə liderlərini eyni formatda - artıq "yaydan sonra" yenidən görüşməyə dəvət etdiyini açıqlayıb.