XƏBƏRLƏR / Siyasət

4 məsələ həll olunandan sonra Rusiya ilə münasibət düzələcək

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “EU Today" nəşrinə müsaibəsində deyib

4 məsələ həll olunandan sonra Rusiya ilə münasibət düzələcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

    Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi.

    “Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.