XƏBƏRLƏR / Siyasət

Azərbaycan və Aİ Yüksək Səviyyəli İqtisadi İşçi Qrup yaradır

Bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos məlumat verib

Azərbaycan və Aİ Yüksək Səviyyəli İqtisadi İşçi Qrup yaradır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaradılacaq.

    Bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən sonra sosial şəbəkədəki səhifəsində yazıb.

    "Biz Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla fəal müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - ANSPress) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bu imkanlardan yararlanmaq üçün biz Yüksək Səviyyəli İqtisadi İşçi Qrupun yaradılması barədə razılığa gəldik. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - Kos yazıb.