Paşinyan yenə Putinə zəng vurub
Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti xəbər verib
Erməni tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə bütün sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Rusiya Prezidenti Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Rusiya Prezidentinin mətbuat xidməti xəbər verir.