ABŞ Azərbaycanın nəqliyyat və energetika təşəbbüsləri haqda
Bakıda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman media üçün brifinq keçirib
Bakıda səfərdə olan ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı mətbuat konfransında deyib ki, ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir.
Bundan başqa, o, qeyd edib ki, Azərbaycan Prezidentinin Avropa İttifaqı ilə enerji təhlükəsizliyi ilə bağlı strateji tərəfdaşlığını yüksək qiymətləndirir və alqışlayırıq.
O, Azərbaycanın hazırkı vəziyyətdə tarixi rol oynadığını bildirib.
“Azərbaycan hazırkı vəziyyətdə tarixi rol oynayır, Azərbaycanın liderliyini alqışlayırıq. Avropa qitəsində enerji çatışmazlığı böhranı olduğu zamanda Azərbaycanın göstərdiyi liderliyə görə minnətdarıq. Biz görürük ki, Azərbaycan kimi ölkələrə irəli addımlayaraq əsl liderlik göstərir və bu böhranın həlli istiqamətində tarixi addımlar atır”, - ABŞ ticarət katibinin köməkçisi qeyd edib.