XƏBƏRLƏR / Siyasət

Avrokomissar Marta Kos İrəvana səfər edib

Bu barədə Aİ məlumat yayıb

Avrokomissar Marta Kos İrəvana səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün Ermənistana səfər edib.

    Bu barədə Aİ-nin genişlənmə və Şərq qonşuluğu ofisinin nəşri məlumat verir.

    "Komissar Marta Kos Ermənistanda Aİ əməkdaşlığını gücləndirmək və qarşılıqlı fəaliyyət gündəliyini irəli aparmaq üçün İrəvandadır. O, səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyanla görüşəcək. Bundan əlavə, o, "EU4Sevan" layihəsini məkanını ziyarət edəcək və vətəndaş cəmiyyəti ilə ünsiyyət quracaq", - postda deyilir.

    Xatırladaq ki, Marta Kos sentyabrın 19-20-də Ermənistanda olacaq. Bundan əvvəl o, Azərbaycana səfər etmişdi.