İran-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası Ankarada keçiriləcək. İran prezidenti İbrahim Rəisi bu tədbirdə iştirak etmək üçün Türkiyənin paytaxtına səfər edəcək. Bu barədə bazar günü İran və Türkiyə xarici işlər nazirlərinin Tehranda keçirilən görüşündə bildirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla İran Prezidenti İbrahim Rəisinin görüşündə də səfərə toxunulub. Görünür, Fidanın Tehran səfəri Rəisinin Ankara səfərinə hazırlıq idi.