XƏBƏRLƏR / Siyasət

ABŞ-ın vitse-prezidenti Vens Avropaya yola düşüb

Ceyms Devid Vens Ermənistan və Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək

ABŞ-ın vitse-prezidenti Vens Avropaya yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

    Bu barədə "Associated Press" məlumat yayıb.

    Məlumata görə, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı, ABŞ-ın Dövlət katibi və ABŞ-ın İtaliyadakı səfiri də daxil olacaq.

    Məlumata görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırıb.

    Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.

    Xatırladaq ki, yanvarın sonunda Tramp Devid Vensin Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib.