"Danışıqlar prosesini dondurması əks-məhsuldardır"
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan danışıqları haqda deyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan danışıqların müxtəlif bəhanələrlə dondurulmasını düzgün hesab etmədiyini deyib.
“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərinə uyğun olaraq, Rusiya tərəfi ardıcıl olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verir. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Laçın yolu ətrafında yaranmış vəziyyətin nizamlanması üçün ciddi səylər göstərir... Regionda vəziyyət nə qədər gərgin olsa da, biz danışıqlar prosesini bu bəhanə ilə dondurması əks-məhsuldar olmağını düşünürük.”, - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiya regionda iqtisadi və nəqliyyat əlaqələrinin təşkil edilməsi üçün üçtərəfli işçi qrupunun növbəti görüşlərinin, habelə xarici işlər nazirlərinin səviyyəsində sülh müqaviləsinin hazırlanması üzrə danışıqların yeni raundlarının təşkilində bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Özünü qondarma “Qarabağ Xarici İşlər Nazirliyinin rəhbəri” adlandırılan Sergey Qazaryanın fevralın 12-dən 16-dək Moskvada olması və orada müxtəlif görüşlər keçirməsi barədə verilən suala Mariya Zaxarova bildirib ki, “Sergey Qazaryan şəxsi məqsədlər üçün Rusiya Federasiyasının ərazisində olub. Onun görüşləri ilə bağlı heç bir məlumatım yoxdur. Onları şəxsi xarakterdən başqa heç bir mənada səciyələndirmək üçün heç bir səbəb yoxdur. Heç bir rəsmi statusdan söhbət getmir və gedə də bilməz.