XƏBƏRLƏR / Siyasət

Azərbaycan Prezidenti Zelenskini COP29-a dəvət etdi

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat verib

Azərbaycan Prezidenti Zelenskini COP29-a dəvət etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

    Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

    O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb:

    “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.