XƏBƏRLƏR / Siyasət

Blinkenin Bayramov və Mirzoyanla görüşünün vaxtı açıqlanıb

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistann XİN rəhbərləriylə ayrı-ayrılıqda, sonra isə ümümi görüş keçirəcək

Blinkenin Bayramov və Mirzoyanla görüşünün vaxtı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ dövlət katibi Antoni Blinkenin bu gün Vaşinqtonda Bakı vaxtı ilə saat 16:30-da Ararat Mirzoyanla, 17:00-da isə  Ceyhun Bayramovla şəxsi görüşü olacaq. Daha sonra saat 17:45-də Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edəcək.

    Azərbaycan mətbuatının yazdığına görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin gözlənilən görüşü bir neçə gün davam edə bilər. Görüş Corc Şultz adına Milli Xarici İşlər Təlim Mərkəzində baş tutacaq.