XƏBƏRLƏR / Siyasət

Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb YENİLƏNİB

Danışıqlar qapalı keçirilir

Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:00

    Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının gündəliyində Qara dəniz təşəbbüsü məsələsi durur.

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

    "Bu gün gündəlikdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər durur. Bu, ABŞ Prezidenti Donald Trampın təklifi idi və Rusiya lideri Vladimir Putin buna razılıq verib. Nümayəndə heyətimiz məhz bu mandatla Ər-Riyada yollanıb", - D.Peskov qeyd edib.

    O bildirib ki, danışıqlar, ilk növbədə, gəmiçiliyin təhlükəsizliyinə aiddir.

    ***

    12:22

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb.

    TASS xəbər verir ki, Rusiya-ABŞ danışıqları "The Ritz-Carlton" otelində keçirilir.

    Danışıqlar qapalı keçirildiyindən Səudiyyə Ərəbistanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları jurnalistlərdən otelin ərazisini tərk etməyi xahiş ediblər.