XƏBƏRLƏR / Siyasət

Çin Sədri ABŞ-a səfər edəcək

“Reuters" məlumat yayıb

Çin Sədri ABŞ-a səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər mühüm rəsmilər yaxın gələcəkdə ABŞ-a səfər edəcəklər.

    “Reuters”in verdiyi məlumata görə, bunu Amerika lideri Donald Tramp deyib.

    O, təfərrüatları açıqlamadan bildirib: “Çin sədri Si Cinpinin tabeliyində olan əsas fiqurlar çox da uzaq olmayan gələcəkdə gələcək”.

    ABŞ Dövlət katibi Marko Rubio martın 14-də bildirib ki, Vaşinqton və Pekin Trampla Si Cinpin arasında görüş üçün hələlik hər hansı konkret tarix barədə razılığa gəlməyiblər, lakin bu görüş “müəyyən bir nöqtədə” baş tutacaq.