Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalar tələb edir
Məsələnin arxasında düşmən Fransanın qatı antiazərbaycan və ermənipərəst mövqeyi durur
Avropa Parlamenti Aİ-ni Dağlıq Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Avropa Parlamenti Dağlıq Qarabağ etnik təmizləməni pisləyir, erməni əhalisinin beynəlxalq təminat altında öz vətənlərinə qayıtmaq hüququnu vurğulayır.
491 deputat sənədin “lehinə”, 9-u “əleyhinə”, 36-sı bitərəf qalıb.
Qeyd edək ki, Avropa Parlamentinin xarici siyasət məsələləri ilə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil, lakin digər Avropa qurumları Avropa Parlamentinin deputatlarının rəylərini dinləməlidir.