XƏBƏRLƏR / Siyasət

Overçuk yenə ermənilərə xəbərdarlıq etdi

Ermənistan Aİ-nin Rusiyaya qarşı hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır

Overçuk yenə ermənilərə xəbərdarlıq etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır”.

    Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

    O bildirib ki, İrevanın Aİ-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını qəbul etməsi vacibdir.

    "Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər özlərinə də bu sualı verməli olacaqlar", - o əlavə edib.