Antoni Blinken Ukraynada səfərdədir
ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib
ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfərə gedib.
Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib. Ukrayna KİV-ləri xəbər verir ki, səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələn zaman baş verir.
Xatırladaq ki, A.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.