XƏBƏRLƏR / Siyasət

Azərbaycan İraq Kürdüstanında baş konsulluq açacaq

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında danışıq olub

Azərbaycan İraq Kürdüstanında baş konsulluq açacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan İraqın Kürdüstan regionunda baş konsulluğunu açacaq. 

    Bu barədə İraq Kürdüstan Regionunun mənbələri xəbər yayıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında danışıqlar zamanı Azərbaycanın Kürdüstan regionunda baş konsulluğunun açılmasının vacibliyi vurğulanıb, bu barədə artıq qərar verilib və yaxın gələcəkdə açılması prosedurları və iki tərəf arasında münasibətlərin və qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində görüləcək işlər müzakirə edilib.