Hakan Fidan və Yaşar Gülər Ər-Riyada gedir
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Ortaq Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin sabah Ər-Riyadda keçiriləcək toplantısında iştirak edəcəklər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidan toplantıda ittifaqın institusional inkişaf prosesi və bundan sonra atılacaq addımlarla bağlı Türkiyənin mövqeyini açıqlayacaq.
Həmçinin, iclasda daha altı ölkənin İttifaqa qoşulması gözlənilir.
Qeyd edək ki, Pakistanın xarici işlər naziri İshaq Dar isə altıdan çox ölkənin sazişə qoşulmaq istədiyini və husilərlə bağlı birgə addımların müzakirə ediləcəyini bildirib.
1 dəqiqədən az