Paşinyan KTMT-nin Minskdə keçiriləcək sammitinə getmir
Bu barədə o, Belarus Prezidenti Aleksandr Lukaşenkoya telefon söhbətində deyib

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon söhbətində məlumat verib ki, o, Minskdə keçiriləcək KTMT-nin zirvə görüşündə iştirak edə bilməyəcək. Paşinyan KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının (KTMT) iclası noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək.