Paşinyan artıq Sankt-Peterburqdadır
Ermənistanın baş naziri Avrasiya İqtisadi İttifaqı və MDB liderlərinin görüşlərində iştirak edəcək

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Sankt-Peterburqa iki günlük işgüzar səfərə gəlib. Rusiyanın şimal paytaxtında bu gün Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının, sabah isə MDB liderlərinin ənənəvi görüşü keçiriləcək.
Onun Rusiya Prezidenti Vladimir Putinlə də ayrıca görüşü gözlənilir.