Si Cinpin Hindistana gedib
Səfərin məqsədi Yeni Dehlidə keçirilən BRICS liderlərinin sammitində iştirak etməkdir
Çin Sədri Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana səfərə gedib.
Bu barədə "Reuters" xəbər verir.
Si Cinpin təyyarədən enərkən qırmızı xalça ilə qarşılanıb və ona ənənəvi Hindistan rəqslərini ifa edən qadınlar tərəfindən salam verilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü bildirib ki, şənbə günü axşama planlaşdırılan Si-Modi görüşü onların son üç ildəki üçüncü görüşü olacaq.
Sözçü qeyd edib ki, Çin Hindistanla əməkdaşlıq etməyə, ikitərəfli münasibətlərə strateji və uzunmüddətli perspektivdən yanaşmağa, fikir ayrılıqlarını düzgün idarə etməyə, həmçinin "yaxşı qonşu və dost, eləcə də qarşılıqlı dəstək göstərən tərəfdaşlar" olmağa hazırdır.
Səfərin məqsədi Yeni Dehlidə keçirilən BRICS liderlərinin sammitində iştirak etməkdir.

BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika, eləcə də Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Qeyd edək ki, Si Cinpinin səfəri 2020-ci ildə mübahisəli Himalay sərhədində baş vermis silahlı toqquşmadan sonra daha da mürəkkəbləşən Çin-Hindistan münasibətlərinin bərpası fonunda baş tutur. Toqquşma nəticəsində 20 hindistanlı və 4 çinli hərbçi həlak olmuşdu.
1 dəqiqə