XƏBƏRLƏR / Siyasət

Özbəkistan müstəqilliyin 35ci ilində latın qrafikasına keçir

Ölkə Senatı əlifbada dəyişiklikləri təsdiqləyib

Özbəkistan müstəqilliyin 35ci ilində latın qrafikasına keçir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Senatı özbək əlifbasında dəyişiklikləri təsdiqləyib.

    İndi əlifbada 28 hərf və bir apostrof olacaq və 26 hərf və üç hərf kombinasiyası əvəz olunacaq. Yeni qaydalara əsasən, O' hərfi Ö, G' hərfi Ğ, Sh hərfi Ş və Ch hərfi Ç ilə əvəz olunacaq. Ng hərfi də əlifbadan çıxarılacaq.

    Sənədlər, əskinaslar, eləcə də köhnə əlifba ilə mövcud işarələr və dövlət rəmzləri dəyişdirilənə və ya köhnələnə qədər dövriyyədə qalacaq.

    Senatorların fikrincə, islahat orfoqrafiya qaydalarını sadələşdirəcək, dövlət dilinin statusunu gücləndirəcək və onun rəqəmsallaşmasını sürətləndirəcək.