Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv etdi
"The Guardian" xəbər verir
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib.
"The Guardian"ın verdiyi məlumata görə, qərar Trampın regional seçkilərdə ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib.
Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki dəyişikliklərlə bağlı olmadığını vurğulayıb.
1 dəqiqədən az