Rişi Sunak Fələstin lideri ilə danışıqlar aparıb
Bu barədə WAFA agentliyi məlumat yayıb
Fələstin Prezidenti Mahmud Abbas və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bu barədə WAFA agentliyi məlumat yayıb.
Mahmud Abbas tibbi və ərzaq yardımının çatdırılması, eləcə də insanları su və elektrik enerjisi ilə təmin etmək üçün daimi humanitar dəhlizlərin açılmasına çağırıb.
Böyük Britaniyanın baş naziri öz növbəsində yardımı artırmaq və humanitar atəşkəsə nail olmaq üçün bütün beynəlxalq tərəflərlə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.