
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Rusiyaya gedib.
Bu barədə Özbəkistan mənbələri məlumat yayıb.
Bildirilib ki, Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.
Qeyd edək ki, Belarus, Ermənistan, Qazaxıstan liderləri artıq Sankt-Peterburqdadır. Sabah Azərbaycanın dövlət başçısı İlham Əliyevin də Rusiyaya səfəri gözlənilir.