Aİ SEPAH-ı rəsmi olaraq terror təşkilatları siyahısına saldı
Bu barədə Avropa İttifaqının rəsmi qərarında deyilir
Aİ SEPAH-ı terror təşkilatları siyahısına əlavə edib.
Bu gün Avropa İttifaqı ötən ay AB xarici işlər nazirləri arasında əldə edilən siyasi razılaşmaya əsasən, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına əlavə edib.

SEPAH artıq Aİ ölkələrində aktivlərin dondurulması və Ai vətəndaşlarının və şirkətlərinin qrupa maliyyə və ya iqtisadi resurslar təmin etməsinə qadağa qoyulması ilə üzləşəcək.
Bu qərar Aİ-nın terrorizmə qarşı sanksiya rejiminin bir hissəsidir. SEPAH-ın əlavə edilməsi ilə 13 şəxs və 23 qrup və təşkilat Aİ tədbirlərinə məruz qalır.
Qeyd olunur ki, Aİ-nin terror təşkilatları siyahısı BMT Təhlükəsizlik Şurasının Əl-Qaidə və İŞİD-ə qarşı qətnamələrini tətbiq edən blokun sanksiya rejimindən fərqlənir.
1 dəqiqədən az