XƏBƏRLƏR / Siyasət

Aİ-nin Ermənistandakı müşahidəçiləri yenə sərhəddə

Onlar binoklla Azərbaycan ərazilərini müşahidə ediblər

Aİ-nin Ermənistandakı müşahidəçiləri yenə sərhəddə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

    Avropalı müşahidəçilər fevralın 17-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

    Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

    Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. 

    Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.