Netanyahu mayın 8-də Azərbaycana səfər edəcək YENİLƏNİB
Bu barədə “The Times of Israel” məlumat yayıb

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana səfər edəcək.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Səfər çərçivəsində Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.
AIAglobal xəbər verir ki, Netanyahu hökumət rəsmiləri ilə də görüşəcək.
8 May simvolik bir gündür. 1992-ci ilin bu günündə yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə həlak olub. Netanyahunun Bakının Şəhidlər Xiyabanındakı məzarını ziyarət edəcəyi gözlənilir.