XƏBƏRLƏR / Siyasət

Azərbaycan-Aİ sazişi üzrə ciddi irəliləyiş əldə olunub

Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” hesabında bildirib

Azərbaycan-Aİ  sazişi üzrə ciddi irəliləyiş əldə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.

    Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” hesabında bildirib.

    Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə Aİ-Azərbaycan danışıqları keçirilib.

    Diplomat gələcəyə yönəlik səmərəli danışıqların keçirildiyini qeyd edib.

    “İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər”, - Kuyundziç əlavə edib.