İƏT XİN başçılarının fövqəladə iclası keçiriləcək
Bu barədə “TRT Haber” məlumat yayıb
Oktyabrın 18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Toplantıda İsrail-Fələstin münaqişəsi və bölgədə yaranmış son durum müzakirə olunacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.