Ərdoğan Kaya Kallası qəbul edib YENİLƏNİB
Bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi sosial şəbəkədə məlumat verib
10:15
Hakan Fidan da görüş barədə "X"-də paylaşım edib: AB üzvlüyü Türkiyə üçün strateji məqsəd olaraq qalır
Türkiyənin xarici işlər naziri Fidan Ankarada AB nümayəndələri ilə görüşünün təfərrüatlarını açıqlayıb. Nazirin sözlərinə görə, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində xarici siyasətdən tutmuş əlaqə məsələlərinə, eləcə də ticarətdən miqrasiya və viza prosedurlarına qədər bir sıra mövzular müzakirə edilib. Fidan AB üzvlüyünün Türkiyə üçün strateji məqsəd olaraq qaldığını vurğulayıb və bu anlayışa əsaslanaraq münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər cari regional və beynəlxalq məsələləri, xüsusən də Yaxın Şərq və Ukraynadakı vəziyyəti təhlil ediblər.
***
2026-06-30 18:07
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Türkiyədə səfərdədir.
Ali nümayəndəni prezident R.T.Erdoğan qəbul edib.
Bu barədə Kallas "X" şəbəkəsində yazıb.
Paylaşımda deyilir:
"Türkiyə təhlükəsizlik, miqrasiya və enerji sahəsində əsas tərəfdaş olmaqla yanaşı, Aİ-yə namizəd ölkədir.
Bu gün Prezident R.T.Erdoğan ilə Aİ-Türkiyə münasibətlərinin daha da gücləndirilməsi və mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti barədə danışmaq xoş oldu.
Biz həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini, Yaxın Şərqdəki münaqişələri və Ankarada keçiriləcək NATO Zirvəsinə hazırlıqları müzakirə etdik.
Türkiyə NATO-nun Şərq Cəbhəsinin qorunmasına əhəmiyyətli töhfələr verir."
Görüşdə Aİ tərəfindən Genişlənmə üzrə Avropa komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə komissar Maqnus Brunner də iştirak ediblər.
2 dəqiqə