AŞ insan hüquqları üzrə komissarı Azərbaycana gələcək
Oktyabrın 16-dan 23-dək Dunya Miyatoviç əvvəlcə İrəvana, sonra isə Bakıya səfər edəcək
Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana səfər edəcək.
Oktyabrın 16-dan 23-dək Dunya Miyatoviç əvvəlcə İrəvana, sonra isə Bakıya, o cümlədən Qarabağa səfər edəcək.
O, insan haqlarının vəziyyətinə xüsusi diqqət yetirəcək.
Müvəkkil rəsmi şəxslər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.