XƏBƏRLƏR / Siyasət

Tacikistan Prezidenti Azərbaycana gəlib

YENİLƏNİB

Tacikistan Prezidenti Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:34

    Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

    Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


    ***

    09:31

    Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının Xankəndidə keçirilən iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.